Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

qırmızı [qırmızı] sifət

1. Qan rəngli; al. □ Qırmızı boya. Qırmızı şərab.

2. Məcazi mənada: gözəllik, parlaqlıq, aydınlıq, fərəh doğuran şey. □ Yox olar qar, boran, günəş də doğar; Yetişər qırmızı, sevimli bahar. (A.Şaiq).
3. Bolşevik inqilabı, sosializm quruluşu sovet sosialist üsuli-idarəsi ilə əlaqədar olan.
4. Tarix. İsim kimi: qırmızılar –inqilabçılar, kommunistlər, inqilabi qoşunlar.
5. Məcazi mənada: nəzakətsizlik dərəcəsində açıq; açıq danışan, sözü üzə deyən. □Telli qırmızı danışmağı sevirdi. (Ə.Vəliyev).
6. Tamamilə açıq, açıq-aydın, kobudcasına. □ Qırmızı yalançılıq.
7. Bəzi mürəkkəb terminlərin birinci tərkib hissəsi. □ Qırmızı turp, qırmızı üskükotu, qırmızı şüalar.

See also:

frazeologizm: qara çadırda qırmızı yamaq frazeologizm: qırmızı adam frazeologizm: qırmızı gülləyə tuş gəlmək frazeologizm: qırmızı xətlə keçmək frazeologizm: qırmızı işıq yandırmaq frazeologizm: Qırmızı kitaba düşmək coğrafiya: qırmızı torpaqlar Azərbaycan dilinin izahlı lüğəti