ərəb. qayyum sözündəndir. Müasir Azərbaycan dilində qəyyum sözü ümumişlək sözlərdən olan qəyyum, həddi-büluğa çatmamış uşaqlara, yaxud hər hansı ağır bir xəstəlik üzündən öz işlərini idarə etməyə qabil olmayan şəxslərə və onların mal və mülkünə nəzarət edən adam anlamındadır.
Məcazi mənada (sahib, yiyə, vəkil) daha çox işlənir. Qəyyum Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adları sırasındadır. Məlum olduğu kimi, Allahın məlum 99 adından biri də əl-Qəyyum olub, hər şeyə dəstək olan (Allah) anlamındadır. XX əsrdə məişətimizdə geniş yayılmış Qəyyum məişətimizdə artıq unudulmaqda olan kişi adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti