Bir işin gələcəkdə icrası haqqında hazırda qətiyyətlə xəbər verən zaman forması.
Qəti gələcək zaman feillərə -acaq, -əcək (-yacaq, -yəcək) şəkilçisi artırmaqla düzəlir və hərəkətin icra olunacağını qətiyyətlə bildirir; məs.: I şəxsdə: qal-acağ-am, qal-acağ-ıq; II şəxsdə: qal-acaq-san, qal-acaq-sınız; III şəxsdə: qal-acaq, qal-acaq-lar və s. Qəti gələcək zamanda III şəxsin təkində feil şəxs şəkilçisi qəbul etmir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti