Reklam
Reklam

Tarix terminləri lüğəti

qərargah

ər. qərar – hökm, sərəncam + fars. gah – yer

Silahlı qüvvələrdə əsas idarəedici orqan.

Bütün hərbi hissə, gəmi və qoşun birləşmələrində müvafiq komandanlığa tabe olan Q. var. Qədim dövrdə və orta əsrlərdə (təxminən XVI əsrə qədər) qoşunlar nisbətən azsaylı olduğundan və döyüşlər məhdud məkanda getdiyindən sərkərdə savaş meydanını görə bilib və qoşunları idarə etmək üçün onun xüsusi orqana – Q.-a ehtiyacı qalmayıb. Lakin Avropada nizami orduların (XVI əsrin sonu – XVIII əsrin əvvəli) formalaşması, zabit və əsgərlərin sayının kəskin surətdə artması nəticəsində qoşunların idarə olunmasını təkmilləşdirmək zərurəti meydana çıxıb və bu məqsədlə Q.-lar yaradılmağa başlayıb. Q.-ın əsas vəzifəsinə komandanlıq üçün məlumatların toplanması, mövcud əməliyyat şəraitinin öyrənilməsi, döyüş planlarının hazırlanması, bütün qüvvələrin qarşılıqlı əlaqəsinin təmin edilməsi və bu kimi məsələlər daxildir.

Tarix terminləri lüğəti