Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

qayıtmaq [qayıtmax] feil

1. Getdiyi yoldan və ya yerdən geriyə, əvvəlki yerinə dönmək. □ Səfərdən qayıtmaq

2. Dönmək, yenidən gəlmək, yenidən başlamaq, yenidən müraciət etmək. □ Köhnə işinə qayıtmaq.
3. Yenidən meydana gəlmək, zahir olmaq, təzələnmək, bərpa olmaq. □ Qüvvəm özümə qayıtdı.
4. “Qayıdıb” şəklində – Cavab olaraq; dönüb, dönərək, üzünü çevirərək. □ Qayıdıb dedim. Salatın qayıdıb dəyəyə girdi. (İ.Şıxlı).

See also:

frazeologizm: Allahu-əkbər yoluna qayıtmaq frazeologizm: düz yola qayıtmaq frazeologizm: haqq yoluna qayıtmaq frazeologizm: o dünyanı görüb gəlmək (qayıtmaq) frazeologizm: ölümdən dönmək (qayıtmaq) frazeologizm: özünə qayıtmaq frazeologizm: üzünə qayıtmaq frazeologizm: yarı yoldan qayıtmaq frazeologizm: zərərin yarısından qayıtmaq frazeologizm: ziyanın yarısından qayıtmaq Azərbaycan dilinin izahlı lüğəti