Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

qasid ərəb

Xəbər və ya məktub aparıb gətirən adam; elçi, çapar. (“Koroğlu” dastanının lüğəti)

Qasid qasidin dalına düzülmüşdü. Xotkara gündə bir xəbər gəlib çatırdı. Özü də bir-birindən qara, bir-birindən bəd xəbərlər. (“Hasan paşanın Çənlibelə gəlməyi”)

*

Elə ki qasid gəlib Bayazidə çıxdı, Əhməd tacirbaşı naməni oxuyub gördü Hasan paşa yazıb. (“Koroğlunun Bayazid səfəri”)

*

Cəfər paşa naməni bir qasidə verib xotkara göndərdi, özü də hazırlıq görməyə başladı. (“Koroğlunun Ərzurum səfəri”)

*

Alma satan Koroğluynan Pərizad xanımın arasında qasidlik edirdi. Koroğlu bu eşq üstündə Pərizad xanımın qardaşını da öldürmüşdü. (Paris nüsxəsi, 8-ci məclis)

Azərbaycan dastanlarının leksikası