1. Qarpışmağa təhrik etmək, qarpışmağa vadar etmək; vuruşdurmaq. □ Uşaqları qarpışdırmaq.
2. Tez-tez, tələsik götürmək, bir-birinin əlindən qapıb almaq, dartışdırmaq. □ Həyətdəkilər bir-birini əzişdirərək pulu qarpışdırdılar. (Çəmənzəminli).
3. Çırpışdırmaq, oradan-buradan götürmək. □ Bu əsərindən də görünür ki, bəzi əldəqayrılma alimlər kimi ordan-burdan qarpışdırmır. (M.Hüseyn).