Borçalı, Gədəbəy, Göyçay, Kürdəmir, Qazax, Qax, Salyan, Yardımlı, Ucar
1. Dərd, qəm, qüssə (Qax). □ Genə onun qaramatını çəkirəm.
2. Dərdli, qəmli, qüssəli (Qazax, Salyan, Ucar). □ Əli lap qaramat adammış (Qazax); Qaramat adam həməşə fikirri olar (Salyan); Qaramat adamın işi düz gəlməz (Ucar).
See also:
Azərbaycan dilinin dialektoloji lüğəti