Zəhərli ilan növü.
Öz düşməninin gözünə zəhər atmaq qabiliyyətinə malikdir. Q.K.-lar Afrika Savannalarında, Mavritaniyadan Suolona və Somalidən Transilvaniyaya qədər olan ərazilərdə yaşayırlar. Boğazı və boynunun aşağı hissəsi qara rəngdədir. Uzunluğu 2 m-ə qədərdir. Üstünə hücum olduqda Q.K. dəqiq və çox sürətlə zəhərini düşməninin gözünə ataraq sanki “atəş” açır. “Atəş” zamanı orta hesabla 3,7 mq zəhər püskürülür. Bu atəşlər ardıcıl olaraq 28 dəfə açıla bilər. Bu zaman 135 mq zəhər sərf olunur. Ölçmələr göstərmişdir ki, zəhər vəzilərindən zəhəri təzyiqlə sıxıb çıxaran əzələlər ani olaraq 1,5 kq/sm2 təzyiq yaradırlar.
Biologiya terminlərinin izahlı lüğəti