yun. gagates – qara kəhraba, şəvə; qədim Lidiyada yer adından
Daş kömürün tünd-qara rəngli, tutqun parıltılı, özlü növü.
Əmələ gəlməsi Mezozoy və Kaynozoy çöküntülərindəki dəniz lillərində gömülmüş oduncağın metamorfizmləşməsi ilə əlaqələndirilir. Qumdaşılarda, mergellərdə, həmçinin daş kömür və qonur kömürün zəif metamorfizmləşmiş laylarında yığımlar, parçalar və s. şəkildə rast gəlir. Q. asan emal olunur, yaxşı pardaxlanır.
Coğrafiya terminləri lüğəti