XV əsrin sonu – XVI əsrdə İngiltərədə dilənçilərə və səfillərə qarşı qəbul edilmiş qanunlar məcmusu.
Q.Q.-ə görə, səfillik və dilənçilikdə ittiham olunan insanlar damğalana, köləliyə verilə və hətta edam edilə bilərdi. Bu qanunların əsas qurbanları çəpərləmələr nəticəsində öz torpaqlarından qovularaq səfil həyat tərzi sürməyə məcbur qalmış kəndlilər olublar. Analoji qanunlar XVI–XVII əsrlərdə Niderland və Fransada da tətbiq edilib. Onların başlıca məqsədi torpaqlarını itirmiş kəndliləri zorla, hətta onlar üçün əlverişsiz şərtlərlə muzdlu əməyə cəlb etmək olub.
Tarix terminləri lüğəti