Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

qalındərili tısbağa

Ən böyük tısbağa növü.

Uzunluğu 2 m-ə qədərdir. Ən böyüklərinin çəkisi 600 kq-a çatır. Böyük qabaq üzgəcləri açılarkən 3 m-ə çatır. Başı çox böyükdür. Üst tərəfdən rəngi tünd-qonurdur. Q.T.-nın Atlantikadakı arealı Yeni Şotlandiyadan Argentinayadəkdir. Sakit okeanda isə Yaponiyadan Avstraliyanın cənubuna qədər yayılmışdır. Hazırda bu tısbağalara çox az təsadüf edilir.

Biologiya terminlərinin izahlı lüğəti