Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

publisistik janrlar

Dövlətin və cəmiy­yətin həyatında əhəmiyyətli ictimai-siyasi prob­lemləri və prosesləri, bu proseslərin əsas iştirakçılarının fəaliyyətini işıqlan­dıran, baş­qa xarakterli materiallardan bə­diiliyi, emosional üslubu, fəal müəllif möv­qeyinin ifadəsi ilə seçilən jurnalist ya­ra­dıcılığı məh­sulları.

Jurnalistikada janr­lar, əsasən, üç böyük qrupa bölünür: informasiya janrları, analitik janrlar və P.J. Sonunculara esselər, ­felyetonlar, oçerklər, pamfletlər və s. aid edilir. Jurnalistikanın P.J.-ı bu sahədə digər janrlardan bədiiliyi və obrazlılığı ilə seçildiyi kimi, ədəbi publisistikadan da faktlara, gerçəkliyə daha çox bağlılığı ilə fərqlənir.

See also:

Jurnalistika terminləri lüğəti