1. Üstündən xətt çəkilmək; silinmək, qaralanmaq (yazı haqqında). □ Vaxtında dərsə gəlməyənlərin adı pozulacağı ehtimalı var idi. (T.Ş.Simurq).
2. Məcazi mənada: əhvalı pisləşmək, məyus olmaq; kefsizləşmək. □ Əhvalı pozulmaq.
3. Məcazi mənada: vəziyyəti pisləşmək, xəstəliyi ağırlaşmaq, halı xarablaşmaq. □ ...maaşı xərcinə çatmadığı bir zamanda səhhəti də pozulmuşdu. (S.Hüseyn).
4. Məcazi mənada: bir-birinə qarışmaq, səliqəsiz halda olmaq, səliqədən düşmək. □ ...saçlarının səliqəsi pozulmadığına tamamilə əmin olduğu halda, yenə əlini başından ayırmadı. (M.Hüseyn).
5. Məcazi mənada: adi qayda ilə inkişaf etməsinə maneçilik törədilmək, nizamsız hala salınmaq. □ ...Kişisi cavan yaşında öldüyündən Durnanın həyatı pozulmuşdu. (Ə.Sadıq).
6. Məcazi mənada: qarışmaq (hava haqqında). □ Günorta hava pozuldu.
7. Məcazi mənada: icazə verilməyən bir iş görülmək, qaydadan kənara çıxılmaq. □ Küçə hərəkəti qaydaları pozulmuşdur.
8. Məcazi mənada: maneçilik törədilmək, həyata keçirilməsinə yol verilməmək. □ İclas pozuldu.
See also: