1. Radio və televiziya kanalı proqramlarının qəbul edilməsi texniki cəhətdən mümkün olan ərazidə yaşayan əhali.
P.A. – yayım siqnalının əhatə dairəsi, bu dairədə yayım dilini anlayan əhalidəki qəbuledicilərin tipi və sayı nəzərə alınmaqla müəyyənləşdirilir, həmin insanların sayının ölkənin ümumi əhalisinin sayına nisbəti ilə ölçülür.
2. Nəşrin çatdırılması texniki cəhətdən mümkün olan ərazidə yaşayan əhali.
Çap KİV-in P.A.-sı onun çatdırılması mümkün olduğu ərazidə yaşayan və nəşrin dilini anlayan əhalinin sayı nəzərə alınmaqla müəyyənləşdirilir, bu insanların sayının ölkənin ümumi əhalisinin sayına nisbəti ilə ölçülür.
See also:
Jurnalistika terminləri lüğəti