lat. pictus – nəqş olunmuş, şəkil + yun. grapho – yazıram
Şəkli yazı; məlumatın mahiyyətini rəsm və ya rəsmlərin ardıcıllığı şəklində çatdıran yazı növü.
P.Y.-nı sözün əsl mənasında yazı saymaq olmaz, çünki burada bilavasitə nitqin özü fiksasiya olunmur, yalnız onun ümumi məzmunu əks etdirilir; məs.: Şimali Amerika hindularında tüstülənən müştük şəkli “sülh” anlamı verir. P.Y. hələ Neolit dövründə yaranıb və Şimali Amerikanın, Melaneziyanın, Afrikanın bir çox tayfaları arasında geniş yayılıb. Müasir dövrdə bu yazı növündən küçə hərəkəti nişanlarında, informasiya lövhələrində və s.-də istifadə olunur.
See also:
Tarix terminləri lüğəti