Sosial və ya siyasi münasibətlərdə “ata kimi” himayədarlıq edən, başqalarının əvəzindən qərar verən idarəçilik və ya davranış prinsipi.
P. anlayışının əsasında bir şəxs və ya qurumun başqasının azadlığını və müstəqil qərar verməsini məhdudlaşdırmaq, yəni, "sənin üçün nə yaxşıdır, mən bilirəm" davranışı dayanır. Paternalist başqalarının qərarvermə azadlığını məhdudlaşdırır və bunun onların xeyrinə olduğunu təlqin edir. Paternalizm siyasi, sosial və məişət aspektlərdə özünü göstərə bilər. Məsələn:
Dövlət paternalizmi: vətəndaşların rifahını təmin etmək bəhanəsi ilə dövlət tərəfindən onların sosial-siyasi aktivliyinin məhdudlaşdırılması
Tibbi paternalizm: pasiyentin razılığını tam almadan həkimin onun yerinə qərar verməsi
Ailə paternalizmi: valideynin yetkin övladı üçün qərar verməsi və ya onun həyatını “müdafiə məqsədilə” idarə etməyə çalışması.
Azərbaycan dilinin izahlı lüğəti