Rus çarizminin rəhbərliyi altında slavyan xalqlarının federasiya və ya konfederasiya şəklində birliyi ideyasını irəli sürən ideoloji-siyasi cərəyan.
Bu cərəyan Rusiyanın Krım müharibəsində (1853–1856) məğlubiyyətindən və Polşa üsyanının (1863–1864) yatırılmasından sonra tam formalaşıb, XIX əsrin II yarısı – XX əsrin əvvəlində geniş yayılıb. P. Rusiyanın Balkanlarda və Osmanlı dövlətinə münasibətdə yeritdiyi aqressiv siyasətin həqiqi işğalçılıq məqsədlərini ört-basdır etmək üçün ideoloji şirma rolunu da oynayıb.
Tarix terminləri lüğəti