Reklam
Reklam

Tarix terminləri lüğəti

panafrikanizm

İlkin məqsədi irqi ayrı-seçkilik və əsarətə qarşı mübarizədə dünyanın bütün zənci-afrikalılarını birləşdirmək olan ideya-siyasi hərəkat.

P. tədricən Afrika xalqlarının siyasi müstəqilliyi, iqtisadi azadlığı və birliyi uğrunda çarpışan Afrika millətçilərinin hərəkatına çevrilib. P. XIX–XX əsrlərin qovuşuğunda irqi ayrı-seçkiliyə son qoyulmasını, qaradərili insanlara vətəndaşlıq, habelə siyasi hüquqlar verilməsini tələb edən ABŞ və Vest-Hind ziyalı zəncilərinin təşəbbüsü ilə formalaşmağa başlayıb. Müasir P.-in əsası isə V Panafrika konqresində (Mançester, 1945) qoyulub. Mançester konqresi Afrikanın siyasi azadlığına nail olmaq üçün əməli proqram hazırlayıb. Həmin proqram XX əsrin 50–60-cı illərində Afrika xalqlarının müstəmləkəçilik buxovlarından azad edilməsində mühüm rol oynayıb.

Tarix terminləri lüğəti