Reklam
Reklam

Tarix terminləri lüğəti

paleoantroplar

yun. paleo – qədim + anthropos – insan

250–40 min il əvvəl Avropa, Asiya və Afrikada yaşamış qazıntı insanları.

İnsan təkamülünün ikinci mərhələsi sayılan P. arxantroplardan sonra, neoantroplardan isə əvvəl gəlirlər. P.-ın ilk nümayəndəsi Almaniyada Neandertal vadisində tapıldığından onları neandertal adamı da adlandırırlar. Əsasən, iri heyvanları (mağara ayısı, tüklü kərgədən və s.) ovlamaqla məşğul olan P. ibtidai insan sürüsü şəklində yaşayıblar. P. müasir insanın sələfləri sayılırlar, lakin onların heç də bütün növləri bilavasitə insanın əcdadı olmayıb. Məsələn, Qərbi Avropada aşkarlanmış və Homo sapiens-dən kəskin fərqlənən “klassik neandertallar”ın (yan budaq kimi) nəsilləri kəsilib. Digər neandertal adamları, məsələn, Ön Asiya P.-ı isə təkamül yolu ilə gedərək müasir insanın formalaşması üçün başlanğıc növ rolunu oynayıblar.

Tarix terminləri lüğəti