Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

öyrənmək [öyrəmməx'] feil

1. Bilik əldə etmək, bir şeyi təcrübə ilə mənimsəmək, bir işlə (sənətlə, peşə ilə) məşğul olaraq ona sahiblənmək, yiyələnmək, bir sənət (peşə, ixtisas) əldə etmək. □ Baxmaqla öyrənmək olsaydı, sallaqxanadakı itlərin hamısı qəssab olardı. (Atalar sözü).
2. Məşğul olaraq hazırlamaq, hazırlaşmaq. □ .. heç olmasa kitabı əlinə al, barı görsün ki, guya dərsini öyrənirsən. (N.Vəzirov).
3. Vərdiş etmək, alışmaq, öyrənmək, adət etmək. □ İstiyə öyrənmək.
4. Xəbərləşib, soraqlaşıb bilmək, məlumat əldə etmək, xəbər bilmək. □ Vəziyyəti öyrənmək.
5. Məcazi mənada: xəbərləşib, soraqlaşıb bilmək, məlumat əldə etmək, xəbər bilmək. □ Həyat nədir? Sual verdim özümə; Mənasını çiçəklərdən öyrəndim. (M.Müşfiq).
6. Tədqiq etmək, araşdırmaq, tədqiqat aparmaq. □ Füzulinin yaradıcılığını dərindən öyrənmək.

See also:

frazeologizm: anasının qarnında öyrənib frazeologizm: başında dəlləklik öyrənmək frazeologizm: dəlləkliyi başında öyrənmək frazeologizm: keçəl başda dəlləklik öyrənmək Azərbaycan dilinin izahlı lüğəti