Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

oynaşmaq [oynaşmax] feil

1. Bir-biri ilə oynamaq; əylənmək. □ İki çəlimsiz körpə çarpayının üstündə oynaşırdı. (Y.V.Çəmənzəminli).
2. Eyni mənada heyvanlar, quşlar və s. haqqında. □ Quzular, çəpişlər həyətdə oynaşır.
3. Müxtəlif tərəflərə uçmaq və ya üzmək. □ Kəpənəklər oynaşır.
4. Məcazi mənada: irəli-geri gedib-gəlmək, hərəkət etmək; tərpəşmək, ləpələnmək. □ ...xumarlanan gözləri oynaşan dalğalara zillənmişdi. (B.Bayramov).
5. Məcazi mənada: təzahür etmək, görünmək. □ Füzuli əyləşib otağında tək; Oynaşır üzündə qəm buludları. (B.Vahabzadə).
6. Məcazi mənada: görünüb yox olmaq, sayrışmaq, işığı əks etdirmək. □ Projektor işıqları hər zamankı kimi yenə limanın üzərində oynaşır, küçələri işıqlandırırdı. (S.Vəliyev).

Azərbaycan dilinin izahlı lüğəti