Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

oxumaq [oxumax] feil

1. Yazılmış bir şeyi gözdən keçirib səslə və ya səssiz qiraət etmək, mütaliə etmək. □ Elm oxumaq iynə ilə gör qazımaq deməkdir. (Atalar sözü).
2. Təhsil almaq, elm almaq, öyrənmək; dərsi mənimsəmək, bilikləri, fənləri öyrənmək. □ Universitetdə oxumaq. Texniki peşə məktəbində oxumaq. Pis oxumaq. Əlaçı oxumaq.
3. Mahnı və s. ifa etmək, bir şeyi hava ilə ifa etmək. □ Xalq mahnıları oxumaq. Xorda oxumaq.
4. Cəh-cəh vurmaq, civildəmək, ötmək (quşlar haqqında). □ Bülbüllər oxuyur.
5. Məcazi mənada: hiss etmək, sezmək, duymaq. □ Qəlbini oxumaq. Baxışlarından oxumaq.

See also:

frazeologizm: avazın yaxşı gəlir, oxuduğun Quran olsa frazeologizm: başqa hava çalmaq (oxumaq) frazeologizm: difiramb oxumaq frazeologizm: əlini oxumaq frazeologizm: fikrini oxumaq frazeologizm: gözlərindən oxumaq frazeologizm: qəlbini oxumaq frazeologizm: quş dili oxumaq frazeologizm: lənət oxumaq frazeologizm: meydan oxumaq frazeologizm: Tarixi-Nadiri yarıya qədər oxumaq frazeologizm: ürəyindən keçəni üz-gözündən oxumaq frazeologizm: ürəyini oxumaq Azərbaycan dilinin izahlı lüğəti