Dilin sözlərinin düzgün yazılışını nizamlayan, dövlət tərəfindən təsdiq olunan lüğət.
Azərbaycan dilinin ilk orfoqrafiya lüğəti 1929-cu ildə nəşr edilmişdir. 1939-cu ildə yeni əlifbaya keçməklə əlaqədar orfoqrafiya qaydalarında xeyli dəyişikliklər edilmiş, həmin dəyişikliklər 1940-cı ildə nəşr olunan orfoqrafiya lüğətində öz əksini tapmışdır. Bu lüğətə 21 mindən artıq söz daxil edilmişdir. 1958-ci ildə yeni orfoqrafiya qaydaları qəbul edildi. 1975-ci ildə kiril əlifbası ilə çap edilmiş “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə 58 min söz verilmişdir. 2004-cü ildə latın qrafikası ilə nəşr olunmuş orfoqrafiya lüğətində 80 minə yaxın, 2013-cü ildə nəşr olunmuş sonuncu orfoqrafiya lüğətində isə 110 mindən artıq sözün düzgün yazılışı verilmişdir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti