Reklam
Reklam

İbtidai siniflər üçün terminlər lüğəti

olimpiya oyunları

Beynəlxalq Olimpiya Komitəsinin təşkilatçılığı ilə dörd ildən bir keçirilən ən böyük beynəlxalq idman yarışları.

İlk dəfə e.ə. 776-cı ildə Qədim Yunanıstanın Olimpiya şəhərində keçirildiyi üçün bu oyunlar Olimpiya oyunları adlanır. Ağ fonda göy, sarı, qara, yaşıl və qırmızı rəngli bir-birinə keçirilmiş beş halqa olimpiya emblemi kimi qəbul olunmuşdur. Emblemdə əks olunmuş hər rəng bir qitəyə uyğundur: göy rəng Avropanı, sarı rəng Asiyanı, qara rəng Afrikanı, yaşıl rəng Avstraliyanı, qırmızı rəng isə Amerikanı bildirir.

See also:

İbtidai siniflər üçün terminlər lüğəti