lat. naturalis – təbii
İnsanın və cəmiyyətin həyatını olduğu kimi, bütün eybəcərlikləri ilə təsvir etdirməyi başlıca prinsip seçmiş ədəbi cərəyan.
N. XIX əsrin ikinci yarısında Fransa və ABŞ ədəbiyyatında formalaşıb. Bu cərəyanın əsası fransız yazıçısı Emil Zolyanın romanlarında qoyulub. N. üslub cəhətdən realizmə yaxındır, amma realizmdən fərqli olaraq burada cəmiyyət qanunları təbiət qanunları ilə eyniləşdirilir. Yazıçı, jurnalist yaşadığı cəmiyyəti alim-təbiətşünas ətraf təbiəti öyrəndiyi kimi araşdırır, qanunauyğunluqları üzə çıxarmağa çalışır. Əsas məqsəd insanların diqqətini mühitin eybəcərliklərinə cəlb etmək, onları dəyişdirməkdir. Cərəyanın adı məhz təbiətlə cəmiyyətin eyniliyi ideyasından götürülüb. N. XIX əsrin sonları – XX əsrin əvvəllərində Qərb jurnalistikasının inkişafına böyük təsir göstərib. O, medianın ifşaedici rolu haqqında təsəvvürlərə təkan verib, 1900-cü illərin əvvəllərində «çirkab təmizləyən jurnalistika» adlandırılan fenomenin yaranmasına, Amerikada güclü jurnalist araşdırmaları ənənəsinin formalaşmasına səbəb olub.
See also:
Jurnalistika terminləri lüğəti