Reklam
Reklam

Tarix terminləri lüğəti

müqatiə

ər. – kəsmək, kəsib atmaq

Dövlətə müəyyən qədər pul ödəmək müqabilində ayrı-ayrı şəxslərə verilən vergi toplama hüququ, iltizam.

Orta əsrlərdə Şərqdə, o cümlədən Azərbaycanda M. geniş yayılıb. Neft quyularından, zərbxanalardan bu üsulla vergi alınıb. Azərbaycanda həmin sistem XIX əsrin II yarısınadək mövcud olub. Belə ki, Bakı neft sənayesində M. yalınız 1873-cü il yanvarın 1-dən ləğv edilib.

Tarix terminləri lüğəti