ər. mövhum – xəyala gələn, xəyali
Qorxu, psixi pozuntular və cəhalətdən yaranıb müxtəlif əşya və hadisələrin fövqəltəbii qüvvəyə malik olması inamına əsaslanan təsəvvürlər sistemi.
M. özünü taleyə, qəzavü-qədərə, röyaya, düşər-düşməzə, bədnəzərə və s.-yə inamda göstərir, heç bir gerçək faktla təsdiq olunmur. O həmçinin cadugərlik, falçılıq, “müqəddəslərə pərəstiş” və s. vasitəsilə ətrafda baş verən hadisə və proseslərə təsir etməyi mümkün sayır. M. ünsürləri bütün dinlərdə, o cümlədən islamda da var. Səfərə gedənin arxasınca su atmaq, gecə dırnaq tutmamaq, tək səbirin mənfi təsirinə inam və s. M. nümunələri kimi qiymətləndirilə bilər.
Tarix terminləri lüğəti