Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

motalpapaqlı [motalpapaxlı] sifət

1. Motal papaq geyinmiş, başında motal papaq olan. □ Motalpapaqlı kəndli.
2. İsim kimi: motal papaq geyinmiş, başında motal papaq olan adam. □ Kostyumlu, qalstuklu, üzü təmiz qırxılmış adamlarla yanaşı, motalpapaqlılar, üzünü tük basmış, saç-saqqalı bir-birinə qarışmışlar da vardı. (M.İbrahimov).
3. İsim kimi: 1920-ci il aprel inqilabından əvvəl kəndliyə verilən təhqiramiz ad.

Azərbaycan dilinin izahlı lüğəti