Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

morfologiya

yun. morphe – forma + logos – təlim

Qrammatikanın sahələrindən biri: nitq hissələrindən, sözlərin tərkibindən və dəyişmə qaydalarından bəhs edən dilçilik bölməsi.

Morfologiyanın obyekti sözdür. Leksikadan fərqli olaraq morfologiya sözlərin qrammatik xüsusiyyətlərini öyrənir. Sintaksisdən fərqli olaraq morfologiyada sözlər hər hansı sintaktik vahidin elementi kimi tədqiq edilmir. Burada tək-tək sözlərə deyil, bütöv söz qruplarına aid olan qram­matik xüsusiyyətlər (aid olduğu nitq hissəsi, hansı suala cavab verməsi, quruluşca növü, qrammatik məna növü və s.) araşdırılır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti