Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

misteriya

lat. mysterium ­– sirr

Orta əsrlər Qərbi Avropa teatrında dini məzmunlu dram janrı.

XIII əsrdə meydana çıxıb, XIV–XV əsrlərdə İtaliya, İngiltərə, Almaniya, Niderland, xüsusilə Fransada geniş yayılıb. M. çox vaxt “İncil” süjetlərinin səhnələşdirilməsi və komik məişət epizodlarının əlavə edilməsi yolu ilə yaranıb. M. dünyəvi Renessans dramaturgiyasının sonrakı inkişafına təsir göstərib. “Orleanın mühasirəsi haqqında misteriya” (1435-ci il) dünyəvi mahiyyətinə görə bu janrda yazılan əsərlər içərisində xüsusi yer tutur.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti