lat. missio – göndərmə, tapşırıq
1. Dövləti beynəlxalq görüş və konfranslarda təmsil edən nümayəndə heyəti.
M. başçısı və üzvlərinin hüquq və vəzifələri M. haqqında 1971-ci il beynəlxalq konvensiyası ilə müəyyən olunur.
2. Elçi və ya müvəqqəti işlər vəkilinin başçılıq etdiyi diplomatik nümayəndəlik.
Diplomatik M.-nın statusu səfirlikdən bir qədər aşağı olsa da, müasir hüquq baxımından onlar arasında prinsipial fərq qoyulmur. Diplomatik M.-nın rejimi diplomatik əlaqələr haqqında 1961-ci il Vyana konvensiyası ilə nizamlanır.
Tarix terminləri lüğəti