Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

misri qılınc

Misri sözü ilə bağlı bir neçə yozum var: 1-ci fikrə görə, qılınc Misir ustaları tərəfindən düzəldilmişdir. (“Koroğlu” dastanının lüğəti)

Prof. Bəşir Əhmədov “Etimologiya lüğəti”ndə qeyd edir ki, bu qılıncın adının Misirlə əlaqəsi yoxdur. İldırım parçasından düzəldilən qılınc günəşlə, işıqla, odla bağlı mifik səciyyə daşıyır, Mitr-Misr-Mehrlə bağlıdır. Hümmət Əlizadə nüsxəsində misir qılınc şəklində işlənir.

 Alı kişi ustanın haqqını verdi, bizi cibində gizlətdi. Daşın qalanını bir misri qılınc qayıranın yanına aparıb dedi:

– Usta, bundan mənə bir qılınc çək. (“Alı kişi”)

*

İgidin gərəkdü zatı,

Misri qılıc, Ərəbatı,

Bir mərdin yerində...

Qalxmaqdan qalxmamaq yeydü.

             (Paris nüsxəsi, 10-cu məclis)

Azərbaycan dastanlarının leksikası