Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

mifoloji-fantastik roman

Dünyanın, kainatın yaranmasına aid ilkin təsəvvürlərlə müasirliyin vəhdəti əsasında qurulmuş süjeti olan roman.

Tanrı, Göy, Yer, Zaman, Cənnət, Cəhənnəm haqqında irreal düşüncələr bu tipli romanlarda geniş yer alır. M-F.R.-lar fantastika ilə reallığın vəhdəti üzərində qurulur. Yəni romanlarda təsvir olunan qəhrəmanlar bizim müasirlərimizdir, hadisələr öz başlanğıcını müasir zamandan götürür. Sonradan hadisələr tarixi keçmişlə əlaqələndirilir. Bu baxımdan M-F.R.-larda qədimliklə müasirlik arasında paralellik olur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti