Sahib şəxs və mənsub əşya arasındakı münasibəti bildirən şəkilçilər: I şəxs tək və cəmdə: -ım4 (-m); -ımız4 (-mız4); II şəxs tək və cəmdə: -ın4 (-n); -ınız4 (-nız4); III şəxs tək və cəmdə: -ı4 (-sı4); -ı4 (-ları2), -sı4 (-ları2).
I və II şəxslərə aid mənsubiyyət şəkilçilərini qəbul edən isimlər əşyanın insana mənsubluğunu bildirir. III şəxsə aid mənsubiyyət şəkilçisini qəbul etmiş isim əşyanın təkcə insana deyil, başqa əşyalara da aidliyini ifadə edə bilər. Dilimizə ərəb dilindən keçmiş mənbə, mövqe, mənafe, tale, mənşə və dilimizin özünəməxsus su, nə sözləri mənsubiyyət şəkilçisi qəbul edərkən digər saitlə qurtaran sözlərdən fərqli olaraq y bitişdirici samitinin əlavə olunmasını tələb edir; məs.: tale-yim, tale-yin, tale-yi və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti