Balakən, Dərbənd, Qax, Quba, Qusar
1. Ağıl (heyvan saxlamaq üçün çəpərlənmiş yer). □ Məgəl biz diyəruğ dörd bir tərəfi hasarranub heyvannarı saxla:n yərə.
2. Bax: mağal. □ Heyvannarı yazda məgələ salardular ki, urda gəzişsinnər, yatışsunnar (Quba); Şixi dayinün mallara yazuği gəlməyədü, sabadan heyvannari məgəldə saxləyədü (Dərbənd).
Azərbaycan dilinin dialektoloji lüğəti