Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

masqura

Ağdam, Bakı, İsmayıllı, Kürdəmir, Quba, Qusar, Lənkəran, Masallı, Salyan, Yevlax, Zərdab

Balaca saxsı kasa. □ Bir masqura yağ daşıb yerə töküldü (Masallı); Anam qaymağları masquralara yığdı (Salyan); Ağəz, dur bu masquranı qoy yerinə (Bakı); Gid kaladan bir masqura nuxud getir gəl (Quba); Bibim bizə bir masqura qatığgətdi (Zərdab); Kasənin balacəsi oley ha, ona deylər masqura (Cəlilabad).

Azərbaycan dilinin dialektoloji lüğəti