Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

maarifçilik

Bilik və mədəniyyətin geniş kütlələr arasında yayılmasını təbliğ edən ideoloji cərəyan.

XVII–XVIII əsrlərdə Qərbi Avropa və Şimali Amerikada meydana çıxıb, bədii ədəbiyyatın ideya və məzmununa öz təsirini göstərib. Bu termini ilk dəfə İ.Kant “Maarifçilik nədir” məqaləsində (1784) işlədib. Lakin maarifçilik ideyaları çox qədimlərdən mövcud olub və bəşər mədəniyyətinin inkişafında müstəsna rol oynayıb. Maarifçilərin fikrincə, xurafat, mövhumat, nadanlıq insan bədbəxtliyinin əsas səbəbidir. Maarif, fikir azadlığı isə mədəni və sosial inkişafda müstəsna rol oynayır. Maarifçilər insanları savadlandırmaq, onlarda müstəqil düşüncə tərzi, cəsarət tərbiyə etmək, elmi dindən ayırmaq məqsədi güdürdülər. Azərbaycanın böyük maarifçiləri sırasına Q.Zakir, S.Ə.Şirvani, H.Zərdabi, M.Ə.Sabir, C.Məmmədquluzadə, Ə.Haq­verdiyev və b. aid edilir.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti