yun. lakonismos – Qədim Yunanıstanda Lakoniya vilayətinin adından
Fikrin yığcam və aydın ifadəsi.
L. bədii ədəbiyyatda sənətkarlığın mühüm şərtlərindən hesab edilir. Atalar sözü və aforizmlər üçün səciyyəvidir. Qədim Yunanıstanın Lakonika bölgəsinin sakinləri fikirlərini çox konkret və qısa bildirirdilər. Sparta dövləti də Lakonikada yerləşirdi. Spartalıların II Filippin məktubuna cavabı L.-in klassik nümunəsi sayılır. II Filipp məktubunda yazırdı: “Məsləhət görürəm ki, təslim olasınız, çünki əgər mənim ordum sizin torpaqlara daxil olsa, insanlarınızı qul edib şəhərinizi viran qoyacağam”. Spartalılar bu məktuba bir sözlə cavab vermişdilər: “Əgər...” (yəni “əgər daxil olsan, edərsən”).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti