lat. auditorium – dinləmək üçün yer
Kütləvi informasiya vasitələri ilə yayılan məlumatların bütün istifadəçilərinin cəmi.
Buraya qəzet, jurnal və kitab oxucuları, radio dinləyiciləri, televiziya və kino tamaşaçıları, internet istifadəçiləri, informasiya məhsullarının (audio və videodisklər, kasetlər və s.) alıcıları daxildir. K.A.-nı digər auditoriya formalarından (məs.: məqsədli auditoriya) fərqləndirən əsas cəhət məhz onun kütləviliyi, sərhədlərinin çox geniş olması və bununla bağlı inertliyidir.
Jurnalistika terminləri lüğəti