Aşıq-ozan poeziyasının arxaik növlərindən biri, təbiət və ya igidlik mövzusunda, adətən, qopuzla deyilən şeirlər.
Türk tayfalarında ov mərasimlərində və ya döyüşdən sonra bütün boyların kişiləri bir araya gələrək məclis qurardılar. Bu məclislərdə oxunan şeirlərə K. deyilirdi. K.-lar sonradan öz yerini qoşma və gəraylılara verdi. İlk yazılı K. nümunələrinə Mahmud Kaşğarinin (XI əsr) “Divanü lüğat-it-türk” əsərində rast gəlinir:
At mindim kürən qaşqa,
Səkrəttim taştin taşqa,
Sadir atidu başqa,
Çerik atidu taşqa.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti