Reklam
Reklam

Tarix terminləri lüğəti

Koreya yazısı

Koreyalıların fonetik hərf-heca yazısı.

Keçmişdə «onmun» (vulqar yazı) adlanan bu yazı kral Secon (1419–1450) və onun saray alimləri tərəfindən 1444-cü ilin yanvarında yaradılıb. 1446-cı ildə kral 28 hərfdən ibarət K.Y.-nın tətbiqi haqqında fərman imzalayıb. Lakin XIX əsrin sonunadək Koreyada rəsmi əlifba Çin heroqlifləri olaraq qalıb. 1894-cü ildə isə qarışıq Çin-Koreya yazısı tətbiq edilib. 1949-cu ildən Şimali Koreyada yalnız K.Y., Cənubi Koreyada isə qarışıq Çin-Koreya yazısından istifadə olunur. Müasir Koreya əlifbasında 40 (19 samit, 21 sait və diftonq) hərf var.

Tarix terminləri lüğəti