Reklam
Reklam

Tarix terminləri lüğəti

kontribusiya

lat. contributio – toplanmış ictimai vəsait, ümumi əmanət, hədiyyə

1. Məğlub ölkənin qalib gəlmiş dövlətə sülh sazişinin şərtlərinə görə ödədiyi məbləğ, bac.

2. İşğal olunmuş ərazinin əhalisindən düşmənin məcburi qaydada pul və ya natura şəklində aldığı vəsait.

Tarixən K. qalib tərəfin mütləq hüququ (güclünün zəifi qarət etmək hüququ) sayılıb. 1949-cu il Cenevrə konvensiyasına görə, o yasaqlanıb. K. təzminatdan (reparasiyadan) fərqlənir.

Tarix terminləri lüğəti