Reklam
Reklam

Tarix terminləri lüğəti

kollektivləşmə

Bolşeviklərin fərdi kəndli təsərrüfatlarını kollektiv təsərrüfatlarda (kolxozlarda) birləşdirməsi prosesi.

Bu proses 1928–1937-ci illərdə baş versə də, onun əsas mərhələsi 1930–1933-cü illəri əhatə edir. Zorakı vasitələrlə, məcburi qaydada həyata keçirilən K. kənd əhalisinə qarşı kütləvi repressiyalarla müşayiət olunub. SSRİ-də K.-nin gedişində 2 milyondan çox kəndli deportasiya edilib, 6 milyon isə aclıqdan tələf olub. Bəzi tədqiqatçılar K.-ni əhaliyə qarşı genosid (soyqırımı) kimi qiymətləndirirlər. İqtisadi səmərəlilik baxımından uğursuz layihə olan kollektiv təsərrüfatlar sonrakı illər ərzində özünü doğrultmayıb. SSRİ-nin süqutu ilə bu təsərrüfatlar da dağılıb.

Tarix terminləri lüğəti