Knyazın hakimiyyəti altında olan dövlət və ya ərazi.
Kiyev Rus dövlətində ilk K.-lar X–XI əsrlərdə yaranıb. Feodal pərakəndəliyi dövründə iri K.-ların ayrı-ayrı udellərə bölünməsi nəticəsində onların sayı xeyli artıb. Lakin XIV–XVI əsrlərdə Rusiyada mərkəzləşdirilmiş hakimiyyətin formalaşması ilə əlaqədar K.-ın əksəriyyəti öz siyasi muxtariyyətini itirərək vahid dövlətin tərkibinə qatılıb. Bir sıra digər dövlətlərdə də K.-lar olub; məs.: Almaniyada onlar Almaniya imperiyası yaradılanadək (1871-ci il) mövcudluğunu saxlayıb. 1879–1908-ci illərdə Bolqarıstan K. adlanıb. Lixtenşteyn, Monako və Andorra kimi müasir dövlətlər də K. sayılır.
Tarix terminləri lüğəti