Media orqanının və onun yaydığı informasiyanın keyfiyyətini müəyyənləşdirmək üçün meyarlar sistemi.
Bu meyarlar obyektivlik, dəqiqlik, əhatəlilik, müxtəliflik, balanslılıq, qərəzsizlik, tərəfsizlik, məsuliyyətlilik, habelə mənbələrin mötəbərliyi və açıqlığı, informasiyanın ictimai dəyəri, dil və üslub xüsusiyyətləri kimi göstəricilərdən ibarətdir. KİV-in K.S.-na nə dərəcədə uyğun gəldiyini ayırd etməyin fərqli üsulları var; məsələn, Almaniyada media orqanlarının qanunda və etik kodekslərdə əksini tapmış tələblərə uyğunluğu professional qurumlar tərəfindən araşdırılır. ABŞ-da eyni məqsədlə ictimai rəy öyrənilir, yəni bilavasitə auditoriyanın özünün KİV məhsullarını necə qiymətləndirməsi və qavraması əsas götürülür.
See also:
Jurnalistika terminləri lüğəti