1. Kəsici şeyin xassə və keyfiyyəti; itilik. □ Qılıncın kəskinliyi.
2. Kəskin şeyin hal və keyfiyyəti, xassəsi. □ Qoxunun kəskinliyi. Ağrının kəskinliyi. Vəziyyətin kəskinliyi. Cavabın kəskinliyi. Tənqidin kəskinliyi. Sözün (ifadənin) kəskinliyi. Soyuğun (küləyin) kəskinliyi. Şüanın kəskinliyi. Zəkanın (zehnin) kəskinliyi. Hafizənin kəskinliyi.
3. Zərf kimi: kəskinliyi ilə şəklində (bəzən “bütün” sözü ilə) – çox güclü surətdə, aydın surətdə, kəskin surətdə.