Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

kələ-kötür [kələ-kötür] sifət

1. Üstü hamar olmayan, nahamar; girintili-çıxıntılı (səth haqqında). □ Kələ-kötür divar. Kələ-kötür daş.
2. Qaba, kobud, yöndəmsiz, yaraşıqsız, biçimsiz. □ Kələ-kötür əl.
3. Düzgün olmayan, əyri-üyrü, biçimsiz. □ Kələ-kötür hərflər və əyri xətlərlə adi şagird dəftərinin dörd vərəqini tutan bu kağız imzasız idi. (M.İbrahimov).
4. Məcazi mənada: incəlikdən məhrum; qaba, kobud.
5. Məcazi mənada: əzablı, əziyyətlə dolu, ağır, əziyyətli. □ ..ömrünün kələ-kötür və tikanlı keçmişini deyil, min bir xəyal və ümidlə dolu gələcəyini düşünürdü. (M.İbrahimov).

Azərbaycan dilinin izahlı lüğəti