1. Fəlsəfə. Maddi aləmin, varlığın ən ümumi və mühüm xassə və münasibətlərini əks etdirən məfhum. □ Səbəbiyyət kateqoriyası. Zəruriyyət kateqoriyası. Materiya fəlsəfi kateqoriyadır.
2. Elmi terminologiyada hadisələrin, əşyanın dərəcəsini, yaxud onların əlamətlərinin ən ümumi xüsusiyyətlərini göstərən məfhum. □ Qrammatik kateqoriyalar.
3. Dərəcə.