yap. – ilahi külək, müqəddəs külək < kami – ilahi + kadze – külək
1. İki dəfə – 1274 və 1281-ci illərdə Xubilay xanın donanmasını Yaponiya sahilləri yaxınlığında dağıdaraq ölkəni monqol işğalından xilas edən qasırğaya verilmiş ad.
2. II Dünya müharibəsinin (1939–1945) son mərhələsində Yaponiyanın Sakit okeanda hərbi əməliyyatları zamanı “xüsusi həmlə” dəstələrinin ölümə gedən təyyarəçilərinə verilmiş ad.
K.-lərdən düşmən donanmasının suüstü döyüş gəmilərini məhv etmək üçün istifadə olunub. Onlar bomba daşıyan təyyarəni hədəfə yönəldərək onu da partladıb, özləri də həlak olublar. Müharibə dövründə 5 mindən artıq uçuş keçirən K.-lər yapon mənbələrinə görə 81, Amerika mənbələrinə görə isə 45 düşmən gəmisini batırıblar. Hazırda bəzən öz həyatı bahasına terror aktı həyata keçirən müxtəlif yönümlü radikallara da K. deyirlər.
Tarix terminləri lüğəti